Viktoriya Bonya Solovyov, Milonov və Lebedevə qarşı kollektiv iddia qaldırır.
İnterpress.az xəbər verir ki, bu barədə “Viktoriya Bonya” məlumat yayıb.
Tanınmış ictimai xadim Viktoriya Bonya məşhur aparıcı Vladimir Solovyov, deputat Vitali Milonov və bloqer Artemi Lebedevə qarşı kollektiv məhkəmə iddiası qaldıracağını elan edib. Buna səbəb kimi onun ünvanına səsləndirilən açıq təhqirlər göstərilib.
Bonya bildirib ki, televiziyada çalışan şəxslərin və deputat mandatı olan insanların qadınları alçaltmağa haqları yoxdur. O, öz şərəf və ləyaqətini qorumaq üçün bütün maraqlı şəxsləri bir araya gəlməyə və kollektiv iddia qaldırmağa çağırıb.
Xuraman Etibarlı
İnterpress.az






