Akademik İsa Həbibbəyli Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti vəzifəsindən azad olunub.
Bu barədə İnterpress.az eksklüziv olaraq məlumat əldə edib.
Məlumata görə, bu barədə müvafiq qərar qəbul olunub.
Artıq akademiyanın rəsmi internet resursu olan science.gov.az saytında yerləşdirilmiş vitse-prezidentlərin siyahısından İ.Həbibbəylinin adı çıxarılıb.
Qeyd edək ki, 73 yaşlı İ.Həbibbəyli 2013-cü ildən AMEA-nın vitse-prezidenti vəzifəsində çalışırdı. O, oktyabrın 25-də AMEA-nın prezidenti seçilib.
Beləliklə, İ.Həbibbəyli hazırda akademiyada fəaliyyətini AMEA prezidenti, Humanitar Elmlər Bölməsinin sədri və Nizami adına Ədəbiyyat İnstitutunun baş direktoru vəzifələrində davam etdirir.