“Rusiya prezidentinin dayanıqlı inkişaf üzrə xüsusi nümayəndəsi Anatoli Çubays öz istəyi ilə işdən çıxıb. Onun Rusiyadan gedib-getməməsi isə şəxsi işidir”.
İnterpress.az-ım məlumatına görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
“Bəli, Çubays öz istəyi ilə işdən çıxıb. Gedib, getməməsi isə öz şəxsi işidir”- deyə Kremlin sözçüsü vurğulayıb.
Qeyd edək ki, Bloomberg agentliyi öz mənbələrinə istinadən Çubaysın vəzifəsindən gedərək Rusiyanın tərk etməsi barədə məlumat yayıb.