İstanbulda bir ofis binasında başlayan yanğın ətraf binalara da yayılıb.
İnterpress.az azərtac-a istinadən xəbər verir ki, hadisə şəhərin mərkəzində, Sarıyer rayonunda meydana gəlib. Səhər saatlarında bir ofis binasında başlayan yanğın ətrafdakı daha üç binaya yayılıb.
Hadisə yerinə cəlb olunan yanğınsöndürmə avtomobillərindən biri də yanıb.
Hazırda yanğının söndürülməsi işləri davam edir.
Xəsarət alanlarla bağlı hələlik məlumat yoxdur.
Faktla bağlı araşdırma aparılır.