Son sutka ərzində koronavirusa 17 265 nəfər yoluxma, 34 nəfər ölüm qeydə alınıb.
Gürcüstanda son sutkada koronavirusa 17 265 yeni yoluxma halı təsdiqlənib.
İnterpress.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 1 162 773-ə çatıb.
Son bir gündə müalicə olunaraq sağalanların sayı 5 947 nəfər artaraq 1 001 275-ə, ölənlərin sayı isə 34 nəfər artaraq 14 945-ə yüksəlib.