Sosial şəbəkədə tanış olduğu məktəblini zorladı – Barəsində axtarış elan olundu – FOTObackend

Sosial şəbəkədə tanış olduğu məktəblini zorladı – Barəsində axtarış elan olundu – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
 

Sosial şəbəkədə tanış olduğu məktəblini zorladı - Barəsində axtarış elan olundu - FOTOYekaterinburqda (Rusiya) 19 yaşlı gəncin törətdiyi zorlama faktı hər kəsi şoka salıb. Bildirilir ki, 16 yaşlı məktəbli qıza bədən xəsarətləri yetirməklə zorladığı üçün onun barəsində axtarış elan olunub. Şəhərdə böyük əks-səda doğuran bu hadisənin araşdırılmasına başlanılıb.

Əvvəllər oğurluq üstündə həbs olunan gənc zorladığı qızla sosial şəbəkədə tanış olub. Müxtəlif vasitələrlə qızı aldadaraq tanış bir evə aparıb və orada zorlayıb. Qızın anası bu barədə polisə müraciət etdikdən sonra gənc barəsində axtarış elan olunub. Zorakılığa yol verən gəncin səhifəsində belə bir söz yazılıb – “cəhənnəmdə yan”. Zorlanan qız da başına gələnlər barədə Tiktok səhifəsində məlumat yerləşdirib.

Sosial şəbəkədə tanış olduğu məktəblini zorladı - Barəsində axtarış elan olundu - FOTO