Sosial şəbəkələrdə kiberbullinq və təqibə görə internet KƏSİLƏCƏKbackend

Sosial şəbəkələrdə kiberbullinq və təqibə görə internet KƏSİLƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada kiber (bullinq) zorakılığa görə internet kəsilə bilər.

İnterpress.az xəbər verir ki, bu təklif Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova tərəfindən irəli sürülüb.

Sosial şəbəkələrdə zorakılığa və təqibə görə məsuliyyət daşıyan ruslar internetdən məhrum edilə bilər.

Moskalkova hesab edir ki, bu üsul internetdə zorakılıq və təqiblərdən qorunmağa kömək edəcək. Bununla belə, qanunvericilikdə “kiber zorakılıq” anlayışının tərifi yoxdur.

Eyni zamanda, Moskalkova əmindir ki, bu cür qanun pozuntularına görə inzibati məsuliyyət müəyyən edilməlidir.

Bu cür hərəkətlər “xırda xuliqanlıq” kimi qiymətləndiriləcək. Ən zərərli olanları 15 sutka inzibati həbs gözləyir.

Xuraman Etibarlı

İnterpress.az