Sovet dövrünün tanınmış dissidenti Sergey Kovalyov 91 yaşında vəfat edibbackend

Sovet dövrünün tanınmış dissidenti Sergey Kovalyov 91 yaşında vəfat edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az xeber verire ki, bunu onun oğlu İvan Kovalyov feysbuk səhifəsində yazıb.

“Atam avqustun 9-da səhər tezdən vəfat edib”, – o bildirib.

Qeyd edək ki, Sergey Adamoviç Kovalyov 1930-cu il martın 2-də Ukraynanın Sum vilayətinin Seredina-Buda rayonunda anadan olub. O, keçmiş SSRİ-nin tanınmış siyasi dissidenti, insan hüquqları hərəkatının fəal iştirakçısı olub. Rusiyanın tanınmış ictimai-siyasi xadimlərindən biri idi.

S.Kovalyov “Memorial” İnsan Hüquqları Cəmiyyətinin sədri, Rusiya “İnsan Hüquqları İnstitutu” təşkilatının prezidenti olub.

Xatırladaq ki, o, 2002-ci il fevralın 21-də Bakıda səfərdə olarkən Azərbaycan Milli Məclisinin üzvləri ilə görüşüb. S.Kovalyov Azərbaycan cəmiyyətinin demokratikləşdirilməsi prosesi və Ermənistanın təcavüzü nəticəsində ev-eşiyindən didərgin düşmüş soydaşlarımızın hüquqlarının pozulması barədə azərbaycanlı həmkarlarının məlumatını dinləyərək, bildirmişdi ki, Rusiyanın Qarabağ münaqişəsi ilə bağlı mövqeyi, təəssüf ki, o qədər də qüsursuz deyil: “Dövlət Duması mənə səlahiyyət verməsə də, haqq qazandırmağa çalışmayacağam və yalnız üzrxahlıq edə bilərəm”.

İnterPress.az