Soyuq sinif otaqları və ARTAN XƏSTƏLİK: Təhsil müəssisələri qışa hazırdır? – Şərhbackend

Soyuq sinif otaqları və ARTAN XƏSTƏLİK: Təhsil müəssisələri qışa hazırdır? – Şərh

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sinif otaqlarının 18 dərəcədən aşağı olması müəllimlərin və şagirdlərin, həmçinin məktəbin digər işçilərinin kütəvi soyuqlanmasına,  qripə və digər infeksion xəstəliklərə,  COVİD-19-a yoluxmasına şərait yaradır”.

Bu sözləri Təhsil eksperti Elşən Qafarov İnterpress.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, mövcud şəraitdə xəstəliklərin aetmasının bir səbəbi də  təhsil müəssisələrinin otaqlarında temperaturun çox aşağı dərəcədə müəyyən olunmasıdır:

“Məlumdur ki, qış mövsümü  hər il 16 noyabrdan başlayaraq 15 apreldə bitir və 5 ay davam edir. Artıq uzun illərdir ki, bu tendensiya davam edir. Qış mövsümünün 16 dekabrdan başlaması isə qapalı şəraitdə fəaliyyət göstərən dövlət mülkiyyətində olan müəssisələrdə, xüsusilə ümumitəhsil və digər təhsil müəssisələrində ciddi fəsadlar yaradır. Pandemiya dövründə bu fəsadların miqyası daha genişdir.

Soyuq havada, o cümlədən qış mövsümündə otaqların və ya binanın daxilində temperatur müxtəlif fərqli rəqəmlərlə müəyyən edilir.

Hazırda ölkəmizdə sinif otaqlarının 18 dərəcədən aşağı olması müəllimlərin və şagirdlərin, həmçinin məktəbin digər işçilərinin kütəvi soyuqlanmasına,  qripə və digər infeksion xəstəliklərə,  COVİD-19-a yoluxmasına şərait yaradır. Problemin ən optimal variantı budur ki, ölkəmizdə qış dövrünün 1 oktyabr-15 mart əhatə etməsi üçün hüquqi normativ akt qəbul edilsin. İctimai binaların, təhsil müəssisələrinin qızdırılmasına 1 oktyabrdan başlanarsa,  hazırkı məlum problem aradan qalxacaq”.

Gülşən