“Süleymançılar” dini təriqətinin lideri Əlixan Kurişlə birgə saxlanılan 37 nəfərdən 35-i həbs edilib.
İnterpress.az xəbər verir ki, bu barədə Ankara Respublika Baş Prokurorluğuna istinadən “Haber Global” məlumat yayıb.
“25.08.2026-cı il tarixində həyata keçirilən əməliyyat çərçivəsində saxlanılan 37 şübhəlidən 35-i barəsində həbs, 2 şübhəli barəsində məhkəmə nəzarəti qərarı verilib”, – məlumatda bildirilib.
Xatırladaq ki, avqustun 13-də Ankara Respublika Baş Prokurorluğu tərəfindən “Əlixan Kuriş cinayət təşkilatı”na qarşı istintaq başladılıb, 40-a yaxın şəxs saxlanılıb. Onlara qarşı cinayət təşkilatı yaratmaq və ona üzv olmaq, çirkli pulların yuyulması, dələduzluq, vergidən yayınma kimi ittihamlar irəli sürülüb. Aparılan axtarışlar nəticəsində Ə. Kuriş və təriqətlə əlaqəli müxtəlif ünvanlarda milyonlarla dollar dəyərində qızıl əşyaları tapılıb. Bundan başqa, fərqli ölkələrdəki bank hesablarına təqribən 1,4 milyard dollar həcmində valyuta köçürüldüyü aşkarlanıb.






