Sumqayıt sakinindən tapança götürülübbackend

Sumqayıt sakinindən tapança götürülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Sumqayıt şəhəri ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini A.Məhərrəmov saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, şəxsi axtarış zamanı ondan kustar üsulla hazırlanmış revolver tipli tapança və 3 ədəd patron aşkar edilərək götürülüb.

Faktla əlaqədar cinayət işi başlanıb.

 

İnterpress.az