Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib.
İnterpress.az-ın məlumatına görə, hadisə şəhərin 10-cu mikrorayon ərazisində baş verib. Belə ki, iki nəfər arasında düşən mübahisə zamanı 2005-ci il təvəllüdlü Rzayev Nicat Xəyal oğlu sağ ayağından bıçaqlanıb. 15 yaşlı yeniyetmə xəstəxanaya yerləşdirilib, cərrahi müdaxilə olunub.
Faktla bağlı araşdırma aparılır.
İnterpress.az