Suriyada Türkiyə əleyhinə keçirilən nümayişlərdə 2000 nəfər İŞTİRAK ETDİbackend

Suriyada Türkiyə əleyhinə keçirilən nümayişlərdə 2000 nəfər İŞTİRAK ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suriyada Türkiyə əleyhinə keçirilən nümayişlərdə 2000 nəfər iştirak edib.

interpress.az xəbər verir ki, bu barədə Türkiyənin aparıcı qəzetlərindən biri olan “Türkiyə Gazetesi” Müdafiə Nazirliyindəki mənbələrə istinadən yazır.

“Suriyada türk hərbçilərinin əməliyyat apardığı ərazilərdə 5,5 milyon dinc sakin yaşadığı halda, Türkiyə əleyhinə nümayişlərdə cəmi 2 min insan iştirak edib. Eyni zamanda nümayişçilər bütün Suriya xalqının Türkiyəyə qarşı olduğu görüntüsü yaratmağa çalışırlar”, – qəzet bildirib.

Qeyd edilir ki, bu hadisələr Türkiyə-Suriya münasibətlərinin normallaşması xəbərlərindən sonra baş verib, lakin danışıqlar prosesinə təsir etməyəcək.

Xatırladaq ki, iyulun 1-nə keçən gecə Türkiyənin cənubunda, Kayseri şəhərində suriyalının 5 yaşlı türk uşağına təcavüz etməsi səbəbindən miqrantlara qarşı qırğınlar baş verib.

Buna cavab olaraq Suriyanın 7 şəhərində Türkiyə əleyhinə nümayişlər keçirilib. Burada Türkiyə bayraqları və hətta Türkiyə dövlət qeydiyyat nişanlı yük maşınları yandırılıb. Nəticədə 7 nəfər həlak olub, 25 nəfər yaralanıb.

Xuraman Etibarlı

İnterpress.az