Şuşa-Xankəndi yolunda azərbaycanlı fəalların etiraz aksiyası davam edirbackend

Şuşa-Xankəndi yolunda azərbaycanlı fəalların etiraz aksiyası davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şuşa-Xankəndi yolunda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan yolda azərbaycanlı fəalların etiraz aksiyası davam edir.

İnterpress.az xəbər verir ki, dekabrın 12-si səhər saatlarından başlayan aksiya hazırda davam etdirilir.

Aksiya iştirakçılarının rahat gecələməsi üçüm çadırlar quraşdırılıb və ərazi işıqlandırılıb. Bundan əlavə, ərazidə aksiya iştirakçılarına dəstək məqsədilə həkimlər xidmət göstərir.

Aksiya iştirakçıları sülhməramlıların komandanının gəlişini tələb ediblər.

Bundan əlavə, aksiyada ermənilərin müharibə cinayətlərinə etiraz əlaməti olaraq “Mina terroruna son!” şüarları səsləndirilir.

Etirazçılar Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə aksiya keçirirlər və onlar sülhməramlıların komandanının gəlişini tələb edirlər.