Şuşa-Xankəndi yolunda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan yolda azərbaycanlı fəalların etiraz aksiyası üçüncü gecədir davam edir.
İnterpress.az xəbər verir ki, dekabrın 12-si səhər saatlarından başlayan aksiya hazırda davam etdirilir.
Aksiyada sülh rəmzi kimi havaya göyərçinlər buraxılıb.
Bundan əlavə, ərazidə televiziya vasitəsilə futbol üzrə dünya çempionatını izləmək üçün monitor quraşdırılıb.
Aksiya iştirakçılarının rahat gecələməsi üçüm çasırlar quraşdırılıb və ərazi işıqlandırılıb.
Bundan əlavə, ərazidə aksiya iştirakçılarına dəstək məqsədilə həkimlər xidmət göstərir.
Aksiya iştirakçıları sülhmərmalıların komandanının gəlişini tələb ediblər.
Etirazçılar Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə aksiya keçirirlər və onlar sülhməramlıların komandanının gəlişini tələb edirlər.