Şuşada DOST Mərkəzi açılacaq – Sahil Babayevbackend

Şuşada DOST Mərkəzi açılacaq – Sahil Babayev

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yaxın vaxtlarda Abşeronda növbəti DOST Mərkəzi açılacaq, Quba, Sabirabad, Gəncə, Sumqayıtda da artıq bu istiqamətdə iş gedir. Ümumilikdə 16 regional mərkəzin yaradılması planlaşdırılır”.

İnterpress.az xəbər verir ki, bunu martın 30-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Bakının Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən 4 saylı DOST Mərkəzinin açılışında nazir Sahil Babayev bildirib.

“Əlbəttə, bu sahədə önəmli prioritetlərdən biri də işğaldan azad olunmuş ərazilərimizlə bağlıdır. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq artıq Şuşada DOST Mərkəzinin yaradılması ilə bağlı işlərə başlanılıb”, – Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev əlavə edib.

 

İnterpress.az