“Taliban”a qarşı müqavimət hərəkatının lideri Qərbdən silah istədibackend

“Taliban”a qarşı müqavimət hərəkatının lideri Qərbdən silah istədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əfqanıstanın Pəncşir əyalətindəki “Taliban”a müqavimət qüvvələri Qərb ölkələrini onlara silah-sursat yardımı etməyə çağırıblar.

“The Washington Post” bu barədə bir vaxtlar Əfqanıstanın tacik icmasının lideri və müqavimət dəstələrinin hazırkı liderlərindən biri olan Əhməd Şah Məsudun oğlunun məktubuna istinadən yazıb.

“Nə olursa olsun, mücahid döyüşçülərim və mən Əfqanıstanda azadlığın son istehkamı olan Pəncşiri müdafiə edəcəyik. Nə gözləməli olduğumuzu təcrübəmizdən bilirik. Ancaq bizim daha çox silah, sursat və texnikaya ehtiyacımız var”, – deyə Əhməd Məsud bildirib.