Tamaşaçılar “Formula 1 gəzintisi”nə çıxacaqbackend

Tamaşaçılar “Formula 1 gəzintisi”nə çıxacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində bu gün saat 12:00-da Pit zolağında gəzinti olacaq.

İnterpress.az xəbər verir ki, Pit zolağı gəzintisi 2 saata yaxın davam edəcək, burada F-1 azarkeşləri komandalar, onların qarajları ilə yaxından tanış olmaq, dünya şöhrətli pilotlarla rəsm çəkdirmək imkanı əldə edəcəklər.

Yalnız üçgünlük bileti olan tamaşaçılar Pit zolağı gəzintisində iştirak edə biləcəklər. Formula 1 Azərbaycan Qran-Prisi iyunun 10-12-də Bakı şəhər halqasında keçiriləcək.