Güclü külək Gürcüstanın paytaxtı Tbilisi şəhərinin bir çox ərazilərində ciddi problemlərə yol açıb.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Məlumata görə, Saburtalo rayonunda külək nəticəsində ağacın budaqları qırılıb, onların arasında bir ünvanda qırılan ağac avtomobilin üzərinə aşıb.
Problemlər əsasən Saburtalo rayonunda, konkret olaraq Vaja-Pşavela və Politkovskaya küçələrində ağac budaqlarının qoparaq yola düşdüyü ərazilərdə yaranıb.
Bundan əlavə, Politkovskayada dayanmış avtomobilin üzərinə ağacın budaqları düşüb, lakin xəsarət alan olmayıb. Bundan başqa, Zakariadze küçəsində ağac budaqları qırılıb, ziyan dəymiş ağaclara yanğınsöndürənlər və xilasedicilər tərəfindən aradan qaldırılıb.