“Bundan öncə seçmə yolu ilə “Omicron” ştamına yoluxduğu müəyyənləşən 12 nəfərin hamısı tam sağalıb, onların səhhətlərində hər hansı problem yoxdur.
İnterpress.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, ümumiyyətlə, beynəlxalq təcrübəyə əsasən, hazırda “Omicron” yayılmağa başladığı ölkələrdə “Delta” ştamını üstələyir və yoluxmaların əksəriyyətinin “Omicron” ilə əlaqəli olduğu bildirilir: “Ona görə də aşkarlanan pozitiv nəticənin yeni ştamla əlaqəli olub-olmamasının ayrıca təyin edilməsinə ehtiyac görülmür”.