Tədqiqat: Süni intellektə kobud danışanda cavablar dəqiqləşir
İnterpress.az xəbər verir ki, Kornell Universitetinin araşdırmasına görə, neyroşəbəkələrlə kobud və təhqiramiz tonda danışmaq onların cavab dəqiqliyini artırır.
Məlumatlara əsasən, danışıq tərzi nəticələrə belə təsir edib:
Çox nəzakətli – 80,8%
Nəzakətli – 81,4%
Neytral – 82,2%
Kobud – 82,8%
Çox kobud – 84,8%
Tədqiqatçılar “ən təsirli” sual nümunələrini də təqdim ediblər, məsələn:
“Əgər tam axmaq deyilsənsə, buna cavab ver”,
“Maraqlıdır, bunu ümumiyyətlə bacaracaqsan?”
Belə görünür ki, süni intellekti “sarsıtmaq” onun daha səmərəli cavab verməsinə səbəb olur.
Xuraman Etibarlı
İnterpress.az






