Həyat yoldaşının adlını telefonunda “Tombik” yazan ər arvadına təzminat ödəyəcək.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Türkiyə Ali Məhkəməsi arvadını telefonunda “Tombik” (“şişman”) adı ilə saxlayan kişini ciddi təhqirə yol verdiyinə görə günahkar hesab edib.
Məhkəmənin qərarına əsasən, kişi həyat yoldaşına həm maddi, həm də mənəvi zərərin ödənilməsi üçün təzminat verməlidir.
Xuraman Etibarlı
İnterpress.az