“Fransa Senatında Azərbaycan əleyhinə qətnamə layihəsinin qəbul edilməsi Fransanın beynəlxalq hüququ heçə saymasının təsdiqidir”
Bu sözləri İnterpress.az-a açıqlamasında Azərbaycan-Türkiyə Evinin (ATEV) sədri Tənzilə Rüstəmxanlı deyib.
O vurğulayıb ki, erməni diasporunun əlaltısına çevrilən Fransa Senatı ermənilərin Azərbaycana qarşı əsassız ərazi iddialarını dəstəkləyir.
ATEV sədri bildirib ki, Fransa Senatında təmsil olunan senatorlar və Makronun komandası şəxsi maraqlarına görə erməni diasporunun maliyyəsi qarşılığında belə bir rəzil qərara səs veriblər:
“Əminliklə deyirəm ki, Fransa Senatı və Makron erməni lobbisinin əlaltısına çevrilib. Demokratiya adına ləkə olan bu qərarın qəbul olunması yalnız Azərbaycana görə deyil, məhz Türk olduğumuz üçündür”.
T.Rüstəmxanlı xatırladıb ki, Fransa ədalət axtarırsa, ilk olaraq Əlcəzairdə törədilmiş soyqırımı ilə bağlı cavab verməlidir.
İnterpress.az