“Tezliklə Ermənistanda erməni qalmayacaq” – Koçaryandan HƏYƏCAN TƏBİLİbackend

“Tezliklə Ermənistanda erməni qalmayacaq” – Koçaryandan HƏYƏCAN TƏBİLİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda iqtisadi həyat ölüb, ictimai həyat daha da pis vəziyyətdədir. İnsanlar qiymət artımının öhdəsindən gələ bilmirlər. Tezliklə Ermənistanda erməni qalmayacaq.

Bu fikirlərlə erməni iqtisadçı Akop Koçaryan bölüşüb.

Onun sözlərinə görə, Ermənistanın beynəlxalq münasibətlərdə, təhlükəsizlik, müdafiə, sosial sahələrdə və dövlət idarəçiliyində irəliləyişi yoxdur:

“Ən dəhşətlisi odur ki, ermənilərin ümidləri də yoxdur. Belə bir şəraitdə iqtisadiyyatın inkişaf perspektivi əlbəttə ki, olmayacaq. Təəccüblü deyil ki, iqtisadi artım çox aşağıdır. O, getdikcə daha da aşağı olacaq”, – deyə erməni ekspert bildirib.   /konkret.az/