“The New York Times”: “ABŞ Rusiyanın raket ehtiyatını hesablaya bilmir”backend

“The New York Times”: “ABŞ Rusiyanın raket ehtiyatını hesablaya bilmir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qərb ölkələri və Ukrayna Rusiyanın raket ehtiyatlarının sona çatmağa başladığını hesab etsə də, lakin çərşənbə axşamı keçirilən son irimiqyaslı hücum bu cür təxminləri şübhə altına alır.

Bu barədə “The New York Times” nəşri yazıb.

Bildirilib ki, əvvəllər rəsmi Kiyev müharibə zamanı Rusiyanın sərəncamında olan raket ehtiyatlarının xeyli azaldığını iddia edirdi. Bununla belə, qəzet qeyd edib ki, bu bəyanatları yoxlamaq, eləcə də Rusiyanın bu tip silah ehtiyatlarını nisbətən dəqiq qiymətləndirmək mümkün deyil. “The New York Times” Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin baş məsləhətçisi Mark Kansiana istinadən yazıb ki, “Qərbdə az sayda məmur Rusiya hərbi arsenalındakı ehtiyatlar barədə dəqiq məlumata malikdir”.

Qəzet qeyd edib ki, Rusiyanın irimiqyaslı raket hücumlarına davam etmək qabiliyyətinin bir neçə izahı ola bilər: raketlər və pilotsuz uçuş aparatları İran və Şimali Koreyadan alına bilər, Rusiya müdafiə müəssisələrini səfərbər etməklə çoxlu sayda raket istehsalını yoluna qoya bilib. Bundan başqa, bildirilib ki, Rusiya müdafiə sənayesi müəssisələrini fasiləsiz iş rejimində işlətdikcə NATO ilə mümkün münaqişə üçün daha öncədən böyük raket ehtiyatı yaratmış ola bilərdi. Həmçinin nəşr güman edir ki, hava hücumundan müdafiə raketləri yerüstü hədəflərə hücum etmək üçün istifadə edilə bilər.