“The Times”: “ABŞ Ukraynaya Rusiyada dronlardan istifadəsinə “yaşıl işıq” yandırıb”backend

“The Times”: “ABŞ Ukraynaya Rusiyada dronlardan istifadəsinə “yaşıl işıq” yandırıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ artıq Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə zərbə endirməməsində israr etmir, çünki Vaşinqton Moskvanın eskalasiyadan daha az çəkinir.

Bu barədə “The Times” öz mənbələrinə istinadən yazıb.

“Biz Kiyevə “Rusları vurmayın” demirik. Onlara nə edəcəklərini deyə bilmərik. Onların silahdan necə istifadə etmələri öz ixtiyarındadır, lakin onlar bizim verdiyimiz silahlardan istifadə edəndə biz yalnız israr edirik ki, Ukrayna Ordusu beynəlxalq müharibə qanunlarına əməl etsin və Cenevrə Konvensiyalarını gözləsin”, – Pentaqon rəsmisi vurğulayıb. Bildirilib ki, bu, yeganə məhdudiyyətdir.

“Bu, o deməkdir ki, Rusiya ailələri hədəfə çevrilməməlidir və konkret şəxsləri aradan qaldırmaq cəhdləri də olmamalıdır. Bildiyimizə görə, Ukrayna bu şərtlərə riayət edir”, – rəsmi əlavə edib.