Tibb bacılarına yaşlı insanların çətinliklərini göstərən QEYRİ-ADİ TƏLİM – VİDEObackend

Tibb bacılarına yaşlı insanların çətinliklərini göstərən QEYRİ-ADİ TƏLİM – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyada tibb bacılarına yaşlı insanların həyatını hiss etdirmək üçün xüsusi təlim keçirilir.

İnterpress.az xəbər verir ki, bu barədə “Bored Panda” məlumat yayıb.

Yaponiyada tibb bacıları yaşlı pasiyentlərin gündəlik həyatda qarşılaşdıqları çətinlikləri daha yaxşı anlamaq üçün xüsusi simulyasiya təlimindən keçirlər.

Təlim zamanı onlar hərəkəti çətinləşdirən xüsusi kostyum geyinir, görməni bulanıqlaşdıran eynək taxır və eşitməni zəiflədən qulaqlıqlardan istifadə edirlər.

Təlim iştirakçıları bu vəziyyətdə iki saat qalırlar. Məqsəd tibb bacılarının yaşlı insanların fiziki çətinliklərini öz üzərlərində hiss etməsi və pasiyentlərə qarşı daha səbirli davranmalarıdır.

Xuraman Etibarlı

İnterpress.az