Timoşenko koronavirusa qalib gəldibackend

Timoşenko koronavirusa qalib gəldi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın sabiq baş naziri, Batkivşina Partiyasının lideri Yuliya Timoşenkonun növbəti koronavirus testinin nəticələri mənfi çıxıb.

İnterpress.az xəbər verir ki, bu barədə Batkivşina Partiyasının mətbuat katibi Marina Sorok öz “Facebook” səhifəsində yazıb.

“Koronavirusun öhdəsindən gəlindi. Yuliya Timoşenko özünü xeyli yaxşı hiss edir. Hələlik sətəlcəm qalır, amma müalicənin nəticələri uğurludur”, – deyə M. Sorok yazdığı statusda qeyd edib.

Xatırladaq ki, Yuliya Timoşenkonun koronavirusa yoluxması barədə məlumat avqustun 23-də yayılıb. Siyasətçinin ailə üzvləri də COVID-19-a yoluxub.

İnterpress.az