Tovuzda daha bir evə mərmi düşdü – Fotolarbackend

Tovuzda daha bir evə mərmi düşdü – Fotolar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün axşam saatlarında Ermənistan silahlı qüvvələri növbəti dəfə təxribata əl ataraq mülki yaşayış məntəqələrini hədəfə alıb.

“Qafqazinfo”nun məlumatına görə, Ermənistan ordusu tərəfindən atılan mərmi Tovuzun Aşağı Öysüzlü kənd sakini Qasımov İlqam Allahverdi oğlunun həyətinə düşüb. Ətrafa saçılan mərmilər evə ziyan vurub.

Qeyd edək ki, hadisə zamanı ev sakinləri evdə olub. Onlar arasında ailənin yaş yarımlıq körpəsi Elcan Qasımov da var.

Aşağı Öysüzlü kəndi cəbhə bölgəsindən təxminən 15 km aralı məsafədə yerləşir.