Toya tələsən sürücü avtoxuliqanlığa görə saxlanıldıbackend

Toya tələsən sürücü avtoxuliqanlığa görə saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda “BMW” ilə avtoxuliqanlıq edən sürücü saxlanılıb.

Paytaxtın Rəşid Behbudov küçəsiylə Bakıxanov prospektinin kəsişməsində avtoxuliqanlıq edən 90-SX-113 qeydiyyat nişanlı “BMW” markalı avtomobilin sürücüsü yol polisi əməkdaşları tərəfindən saxlanılıb.

Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsindən verilən məlumata görə, törətdiyi xətaya görə saxlanılan sürücü Cəbrayılov Rüfət Habil oğlu barəsində protokol tərtib edilərək iş üzrə toplanmış materiallar Nəsimi rayon Məhkəməsinə göndərilib.

Keçirilən məhkəmə zamanı sürücü etdiyi əməli səmimi etiraf edib və bu gün bacısının toy məclisinin olduğunu hakimin nəzərinə çatdıraraq bəraət verilməsini istəyib.