Tramp sui-qəsd cəhdindən xilas olmasını Tanrının hədiyyəsi hesab edib.
interpress.az xəbər verir ki, bu barədə “The Washington Post” mənbəyə istinadən məlumat yayıb. ABŞ-nin keçmiş prezidenti Donald Tramp Pensilvaniya ştatında sui-qəsd cəhdi zamanı ölümdən xilas olmasını Tanrının bir hədiyyəsi hesab etdiyini bildirib.
Son 12 saat ərzində respublikaçı ilə danışan nəşrin həmsöhbətinin dediyinə görə, Trampda həmişəkindən fərqli olaraq ruh yüksəkliyi var.
“O, Allahdan bir hədiyyə aldığına inanır. O, buna inana bilmir”, – nəşr ondan sitat gətirib.
Mənbə onu da bildirib ki, keçmiş amerikalı lider iyulun 15-də Miluoki (Viskonsin ştatı) şəhərində başlayacaq Respublikaçılar Partiyasının qurultayında öz həmfikirlərinin birliyini gözləyir.
Xuraman Etibarlı
İnterpress.az