Rusiya-Ukrayna danışıqlarının vaxtı hələ bəlli deyil, Ukrayna dünəndən Moskvanı drona “tutub”. Müharibədən tükənən Ukrayna daha da aqressivləşir. Belə anlaşılır ki, Tramp bu məsələdə gücsüzdür və müharibə uzun müddət davam edəcək.
Mövzu ilə bağlı İnterpress.az-ın suallarını politoloq Əlimusa İbrahimov cavablandırıb.
O bildirib ki, Tramp həqiqətən də Rusiya-Ukrayna müharibəsinin həllində gücsüz olduğunu dolayısı etiraf edib.
“Rusiya-Ukrayna müharibəsində bağlı həqiqətən Tramp uğursuz oldu. Trampın son dəfə elan etməsi ki, Rusiya-Ukrayna müharibəsində artıq onlar özləri danışıqlara gedəcəklər, bu elə vasitətəçilikdən əl çəkmək deməkdir. Yəni əgər yadınızdadırsa, müəyyən müddət bundan qabaq elan olundu ki, Tramp, yaxud da ki, Amerika Birləşmiş Ştatları əgər danışıqların uğursuq alındığını görsələr, vasitəşilikdən əl çəkəcəklər.
Son telefon danışıqlarından sonra da “Rusiya ilə Ukrayna özləri danışacaqlar” kimi bəyanat verilməsi Amerika Birləşmiş Ştatları tərəfindən elə ona işarədir ki, Tramp Rusiya ilə Ukrayna arasında gedən danışıqlarda vasitəçilikdən əl çəkir və belə olan surətdə, deməli, müharibənin danışıqları sona gedir.
Amma digər tərəfdən ABŞ tam əlini çəkmir. Yəni Putin ilə razılaşmadan, yaxud da Putini razı salmadan tam əlini çəkməyib və buna görə də məhz iyun ayında görüşlərinin keçirilməsi haqqında müəyyən proqnozlar verilir.
İstənilən halda Trampun Rusiya ilə yumşaq davranması onu göstərir ki, yenə də Rusiya ilə danışıqlara müəyyən yer saxlayır. Birdəfəlik Rusiyanı özündən incitmək istəmir. Təbii ki, bu Trampın özü üçündür”, – politoloq vurğulayıb.
O, Tramp danışqılardan geri çəkiləcəyi təqdirdə baş verə biləcəklərdən də danışıb.
“Gəlin baxaq görək, Tramp danışqılardan əl çəksə, vəziyyət necə olacaq. Trampın danışıqlardan əl çəkməsi təkcə müharibənin tezliklə bitməsi anlamına gəlmir, yaxud ki, Rusiyanın Ukraynanı tamamilə işgal edəcəyi anlamına gəlmir.
Trampın əgər sözünün arxasında Ukraynaya olunan yardımı da kəsməsi dayanırsa, təbii ki, bu, Ukraynaya üçün çox ciddi nəticələr verəcək. Çünki Trampın əsas məqsədi həm danışıqla atəşkədi elan etmək və bununla da Ukraynaya edilən hərbi yardımı, silah yardımını dayandırmaq idi.
ABŞ bu məsələdən sonra, yəni vasitəçilikdən boyun qaçırdıqdan sonra, Ukraynaya silah yardımı da dayandırılacaqsa, təbii ki, bu, Ukraynaya üçün çox ciddi nəticələr səbəb olacaq və Rusiyanın Ukraynanı işğal etməsi ilə nəticələnə bilər.
Amma burada digər bir faktor da var, bu da Avropa İttifaqı faktorudur.
Demək ki, Avropa İttifaqı heç vaxt Rusiyanın Ukraynanı işgal etməsi, yaxud Rusiyanın Ukraynaya qalib gəlməsi məsələsi ilə barışa bilməz. Maksimum sona qədər silah yardımı ilə çalışacaq ki, bu baş verməsin.
Ona görə, həqiqətən, əgər ABŞ kənara çəkiləcəksə, heç şübhəsiz, Avropa İttifaqı işə düşəcək və silah yardımını davam etdirəcək.
Deməli, Ukrayna vuruşacaq və bu da Rusiya-Ukrayna müharibəsinin sonsuzadək davam etməsi ilə nəticələnə bilər”, – politoloq bildirib.
Xuraman Etibarlı
İnterpress.az