Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Bəxtiyar Nəcəfov İrəvan qazısı təyin edilib.
İnterpress.az xəbər verir ki, bununla bağlı İdarənin Qazılar Şurasının bugünkü geniş iclasında qərar qəbul edilib.
Eyni zamanda İrəvan qazılığının Əsasnaməsi də qəbul edilib. Sənədi QMİ sədrinin müavini Fuad Nurullayev Şura üzvlərinin diqqətinə çatdırıb:
“İrəvan qazısı Ermənistan ərazisində azərbaycanlıların kompakt yaşadığı və dini-tarixi abidələrin yerləşdiyi ərazilərdə nümayəndəliklər yarada biləcək. O, öz fəaliyyəti barədə QMİ-yə və Qazılar Şurasına vaxtaşırı məlumat verəcək”.