Tramp HƏMAS-ı HƏDƏLƏDİ: Mən dediyim anda İsrail hərəkətə keçə bilərbackend

Tramp HƏMAS-ı HƏDƏLƏDİ: Mən dediyim anda İsrail hərəkətə keçə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əgər HƏMAS öhdəliyini yerinə yetirməsə, mən dediyim anda İsrail hərəkətə keçə bilər.

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp CNN-ə açıqlamasında bildirib.

O deyib ki, onun sözü ilə İsrail HƏMAS-a qarşı hərbi əməliyyatları bərpa edə bilər.

Bu açıqlama, İsrailin HƏMAS-ı Trampın sülh planının müddəalarını pozmaqda ittiham etdiyi bir vaxtda gəlib.

Sənədə görə, təşkilat atəşkəs rejimi qüvvəyə mindikdən sonra 72 saat ərzində bütün girovları azad etməli və ölən girovların cəsədlərini İsrailə təhvil verməli idi.

Müddət bitməsinə baxmayaraq, HƏMAS indiyədək yalnız 28 cəsəddən 7-sini İsrailə təhvil verib. Bu gün daha bir neçə cəsədin ötürülməsi gözlənilir.

Xuraman Etibarlı

İnterpress.az