Trampın Ağ Evdəki ofisində FIFA Dünya Kuboku GÖRÜNTÜLƏNDİ – FOTO backend

Trampın Ağ Evdəki ofisində FIFA Dünya Kuboku GÖRÜNTÜLƏNDİ – FOTO 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Donald Trampın Ağ Evdəki ofisində FIFA Dünya Kuboku görüntülənib. 

İnterpress.az xəbər verir ki, bu barədə “New York Times” məlumat yayıb.

Diqqətli izləyicilər Donald Trampın ofisində qeyri-adi bir şey – futbol üzrə dünya çempionatının qızıl kubokunu görüblər.

Televiziyalarda nümayiş etdirilən və sosial şəbəkələrdə yayılan videogörüntülər çoxlu suallar doğurub: Tramp bu kuboku haradan alıb, o, realdırmı və niyə oradadır?

Artıq Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FİFA) bununla bağlı cavab verib.

Təşkilat “New York Times” qəzetinə verdiyi şərhdə Trampın Dünya Kubokunun orijinal olmadığını bildirib. Ancaq bu, müzakirəni dayandırmayıb. Çünki belə bir “bəzək” faktı çoxlu mübahisələrə səbəb olur.

Trampın futbol sevgisi yeni bir şey deyil. O, FİFA rəhbəri Canni İnfantino ilə çoxdan dostluq edir.

Ola bilsin ki, kubokun meydana çıxması sadəcə təsadüf deyil. 2026-cı ildə ABŞ, Kanada və Meksika dünya çempionatına ev sahibliyi edəcək və matçların əksəriyyəti ABŞ-də keçiriləcək.

Xuraman Etibarlı

İnterpress.az