Trampın Nobel Sülh Mükafatını qazanmaq şansı cəmi 3 faizdir.
İnterpress.az xəbər verir ki, proqnoz platforması Polymarket ABŞ prezidenti Donald Trampın qalib gəlmək şansını cəmi 3% səviyyəsində qiymətləndirib.
Bu gün Nobel Sülh Mükafatının qalibi elan ediləcək. Mükafat uğrunda ümumilikdə 338 namizəd mübarizə aparır.
Eyni zamanda, The Daily Telegraph yazır ki, əgər Nobel Komitəsi mükafatı Trampa verməsə, o, Norveçə qarşı ticarət rüsumlarını artırmaqla cavab verə bilər.
Xuraman Etibarlı
İnterpress.az