“Brüssel görüşündən sonra da iki tərəf arasındakı münasibətlərdə müsbət istiqamətdə addımlar atılacaq”.
Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun yaxın zamanlarda Ermənistanla münasibətlərin normallaşması istiqamətində addımların atılacağı, qarşılıqlı xüsusi nümayəndələrin təyin ediləcəyi və İrəvana çarter reyslərinin təşkil olunacağı ilə bağlı səsləndirdiyi fikirləri təhlil edən Dövlət İdarəçilik Akademiyasının Politoloqlar Klubunun sədri, politoloq Elman Vəliyev İnterpress.az-a açıqlamasında deyib.
Politoloq vurğulayıb ki, Türkiyə və Ermənistan arasındakı ikili münasibətlərə imkan verilməsi üçün Ermənistan Azərbaycanla kompromisə getməliyidi:
“Soçi görüşündə münaqişə tərəfləri bir çox problemli sahədə(kommunikasiya, nəqliyyat yolları, delimitasiya və demarkasiya) razılıq əldə etdilər. Diqqət edək ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu belə bir fikri Soçi görüşündən sonra dilə gətirdi. Həmçinin Paşinyan da Moskvadan xahiş etmişdi ki, Türkiyə ilə dialoqlara getməkdə köməklik göstərsin. Bu xahişdəm sonra Türkiyə-Rusiya tərəf nümayəndələrinin bir neçə müzakirələri olub. Həmçinin 3+3(Gürcüstan olmasa da) formatının müzakirəsi üçün 5 tərəfin (Türkiyə, Azərbaycan, Rusiya, Ermənistan, İran) nümayəndələrinin Moskvada görüşməsi də iki qonşu dövlət arasındakı diplomatiyaya təkan verdi. Bu görüşdə Türkiyə tərəfinin Ermənistanla aradakı buzları ətirməyin mümkün olduğunu bildirməsini düşünürəm. Lakin öncəliklə Ermənistan Türkiyənin dediklərinə əməl etməlidir.
Ermənistanın diplomatik danışıqlara getməkdən başqa yolu yoxdur. Hərb yolu Ermənistan üçün qıfıllanıb. Brüssel görüşündən sonra da iki tərəf arasındakı münasibətlərdə müsbət istiqamətdə addımlar atılacaq. Hesab edirəm ki, Türkiyə-Ermənistan dialoqları bir nəticə verə bilər”.
Gülşən