Türkiyə parlamentinin sədri isveçli həmkarının Ankaraya səfərini ləğv edibbackend

Türkiyə parlamentinin sədri isveçli həmkarının Ankaraya səfərini ləğv edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə parlamentinin sədri Mustafa Şentop isveçli həmkarı Andreas Norlenin Ankaraya səfərini ləğv edib.

“Report” “TRT”yə istinadən xəbər verir ki, bu qərar PKK terror qruplaşmasına dəstək məqsədilə yanvarın 11-də Stokholmda keçirilən mitinqlə bağlı qəbul edilib. Norlenin səfəri yanvarın 17-də baş tutmalı idi.

“Demokratiya üçün açıq təhlükə olan bu çirkin terror aksiyasına İsveçin icazə verməsi və buna göz yumması qəbuledilməzdir. NATO-ya üzv olmaq istəyən dövlətdə belə bir hücumun asanlıqla baş verməsi təhlükəli və çox ciddidir” – deyə, o bildirib.