Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında Məkkə müdafiə sazişi imzalanıb.
İnterpress.az xəbər verir ki, Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında “Məkkə Sazişi” adlandırılan üçtərəfli müdafiə sazişi imzalanıb.
Sazişə əsasən, iştirakçı ölkələrdən hər hansı birinə qarşı həyata keçirilən silahlı hücum bütün tərəflərə qarşı edilmiş hücum kimi qiymətləndiriləcək və buna uyğun olaraq birgə müdafiə mexanizmi işə salınacaq.
Məlumata görə, yeni yaradılan ittifaqın əsas məqsədi Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın ərazi bütövlüyünün və milli təhlükəsizliyinin birgə şəkildə təmin edilməsidir.







