Türkiyə və Bolqarıstan prezidentləri bu gün görüşəcəkbackend

Türkiyə və Bolqarıstan prezidentləri bu gün görüşəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Bolqarıstan Prezidenti Rumen Radevlə görüşəcək.

Bu barədə İnterpress.az Türkiyə mediasına istinadən xəbər verir.

Məlumata görə, Bolqarıstan Prezidenti Rumen Radev Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə gəlir.

Prezidentlərin ikitərəfli münasibətlərin və əməkdaşlığın yaxşılaşdırılması məsələlərini müzakirə edəcəkləri gözlənilir.

Görüş İstanbulda baş tutacaq.

Həmçinin görüş zamanı cari, regional və qlobal hadisələrlə bağlı fikir mübadiləsi nəzərdə tutulub.

Görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək.

Məlumatda bildirilib ki, Ərdoğan Radevin şərəfinə şam yeməyi ziyafəti verəcək.