Avropanın ən böyük qaz anbarı sabah açılır.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Türkiyənin ilk yeraltı təbii qaz qurğusu olan Silivri Təbii Qaz Anbarının tutumu artırılaraq 4 milyard 600 milyon kubmetrə çatdırılıb.
Nəhəng zavod bu addımı ilə Avropanın ən böyük qaz anbar sahəsinə çevrilib.
Obyektin açılışını sabah Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan edəcək.