Türkiyədə bu il 1031 terrorçu zərərsizləşdirilibbackend

Türkiyədə bu il 1031 terrorçu zərərsizləşdirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə ordusu 2020-ci il ərzində 1031 terrorçunu zərərsizləşdirib.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi açıqlama yayıb. Açıqlamada qeyd edilib ki, həyata keçirilən əməliyyatlarda, 981-i son bir ayda olmaqla, 2020-ci il ərzində ümumilikdə, 1031 terrorçu zərərsizləşdirilib.

Açıqlamada Rusiya Federasiyası nümayəndə heyəti və Türk-Rusiya Birgə Müşahidə Mərkəzinin görüşlərinin bu gün də davam etdiriləcəyi də bildirilib:

“Liviyada siyasi həll yolu ilə aparılan danışıqlar yaxından izlənilir. Nazir Akar bu gün Liviya Müdafiə naziri ilə görüşəcək”.

 

İnterpress.az