Türkiyədə yüksək rütbəli hərbçilər də daxil olmaqla 14 FETÖ üzvü SAXLANILDIbackend

Türkiyədə yüksək rütbəli hərbçilər də daxil olmaqla 14 FETÖ üzvü SAXLANILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ankara Baş Prokurorluğu 14 FETÖ üzvünü saxlayıb.

interpress.az xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.

Bildirilir ki, Ankara Baş Prokurorluğu bir mayor, bir leytenant və bir baş çavuş da daxil olmaqla, 14 fərari FETÖ üzvünü saxlayıb.

Qeyd olunur ki, axtarışda olan şəxslər tutulmamaq üçün tez-tez ünvanlarını dəyişərək “sığınacaqlarda” gizləniblər.

Xatırladaq ki, 2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevrilişi cəhdini təşkil edən Fətullah Gülənin rəhbərlik etdiyi FETÖ hərəkatı Körfəz ölkələri, Pakistan və Türkiyənin özündə terror təşkilatı kimi tanınır.

Xuraman Etibarlı

İnterpress.az