Türkiyənin Azərbaycandakı səfiri koronavirusa yoluxubbackend

Türkiyənin Azərbaycandakı səfiri koronavirusa yoluxub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

İnterpress.az xəbər verir ki, bu barədə səfir “Twitter“ hesabında paylaşım edib.

Cahit Bağçı bildirib ki, onun və həyat yoldaşının koronavirus testi pozitiv çıxıb, xəstəliyi ağır qrip formasında keçirirlər.

“Vəziyyətimiz yaxşıdır. Səhhətimizlə yaxından maraqlandığı üçün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova və dərmanlarımızı göndərən Azərbaycanın Səhiyyə Nazirliyinə təşəkkür edirik”, – diplomat qeyd edib.