Türkiyəyə köçdüyü deyilən Əlixan Musayevin YENİ ƏMƏLLƏRİ: “Qobustanda gizli dərslər keçir” – İDDİAbackend

Türkiyəyə köçdüyü deyilən Əlixan Musayevin YENİ ƏMƏLLƏRİ: “Qobustanda gizli dərslər keçir” – İDDİA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Radikal dini cameənin tanınmış simalarından biri olan Əlixan Musayevin öz pozuculuq fəaliyyətini davam etdirdiyi bildirilir.

Azərbaycanda dini zəmində bölücülük fəaliyyəti ilə tanınan, eyni zamanda, verdiyi “cihad fətvası” ilə ölkədə yüzlərlə fanatik dindarın İraq-Şam İslam Dövləti (İŞİD) terror şəbəkəsinin sıralarına qoşulmalarına səbəb olan Əlixan Musayev bir müddət ortada görünməsə də, artıq yenidən üzə çıxdığına dair məlumatlar gəlməkdədir.

Qeyd olunur ki, dövlət əleyhinə çağırış məzmunu daşıyan səs yazısı ictimailəşdikdən sonra barəsində açılan cinayət işi müəmmalı şəkildə tezliklə xətm olunan Musayevin səsi xaricdən gəlməyə başladı.

Son olaraq Türkiyənin Bursa şəhərində məskunlaşdığı bildirilən Musayevin pozucu əməllərindən nəinki əl çəkdiyi, hətta bu istiqamətdə fəaliyyətini xeyli gücləəndirdiyi də iddia edilməkdədir.

İddiaya əsasən, Bursaya yerləşdikdən sonra orada yaşayan soydaşlarımızı öz ətrafında səfərbər etməyə çalışan Musayevin bu cəhdləri nəticəsiz qalıb. Onun əsl məqsədinin nədən ibarət olduğunu vaxtında anlayan həmyerlilərimiz bu tələyə düşməyiblər.

Belə olduqda üzünü yenidən Azərbaycana çevirməli olan Musayevin artıq ölkədə öz fəaliyyətini yenidən sistemləşdirdiyi vurğulanır. Məlumata görə, müəyyən zaman aralığında 1 ay müddətinə Azərbaycana gələn “din xadimi” yenə də beyinləri zəhərləməkdə davam edir. Onun əsas “təlim məkanı”nın Qobustan olduğu və hər həftə keçdiyi gizli dərslərə 300-ə yaxın dindarın qatıldığı deyilir.

Musayevin həmin dərslərdə “Həmas” və İŞİD barəsində mədhiyyələr söylədiyi, Suriyada cihad həyata keçirildiyini, “münafiqlər”in “İslam ordusu”na qarşı savaşdığını iştirakçılara təlqin etdiyi söylənilir.

Lakin Musayevin dini cameəni parçalamağa yönəlik fəaliyyətinin gizli dərslərlə məhdudlaşmadığı, onun müxtəlif bölgələrə səfərlər edərək, öz tərəfdarlarının sayını artırmağa cəhd göstərdiyi də gələn xəbərlər sırasındadır. Bildirilir ki, o, bu məqsədlə ölkənin şimal və şimal-qərb rayonlarında müntəzəm gizli görüşlər keçirir. Musayevin bu “zühur”unun və pozuculuq fəaliyyətinin daha nə qədə r davam edəcəyi yəqin ki dövlətin müvafiq strukturlarını da maraqlandıracaq