Türkiyəyə “Ordunu Liviyadan çıxar tələbi” – Ankaranın ŞƏRTİbackend

Türkiyəyə “Ordunu Liviyadan çıxar tələbi” – Ankaranın ŞƏRTİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Liviya Ortaq Hərbi Komitəsinin tələbinə müsbət yanaşıb, ancaq hərbçilərini Liviyadan çıxarmaq üçün şərt irəli sürüb.

Bu barədə Liviya Ortaq Hərbi Komitəsinin üzvü, general-leytenant Fərəc as-Susaa bildirib.

Liviya Ortaq Hərbi Komitəsinin üzvü deyib ki, rəsmi Ankara Türkiyə hərbçilərinin Liviyadan əcnəbi muzdlularla eyni vaxta çıxarıla biləcəyini nəzərə çatdırıb.

Fərəc as-Susaa Liviya Ortaq Hərbi Komitəsinin üzvlərinin Moskva səfəri zamanı da bu təşəbbüslə çıxış edəcəklərini, xarici hərbçilərin eyni vaxtda beynəlxalq və yerli müşahidəçilərin müşayiəti altında ölkədən çıxarılmasının təklif olunacağını açıqlayıb.

Qeyd edək ki, Liviyada əks cəbhədə olmuş Vahid Milli Hökumət və Liviya Xalq Ordusunun hər birindən 5 üzv olmaqla yaradılmış Ortaq Hərbi Komitənin üzvləri bir neçə gün əvvəl Türkiyədə səfərdə olub, daha sonra onların Rusiyaya da səfər edəcəyi bildirilib.