Türkmənistan Prezidenti: “Azərbaycanla əməkdaşlığı yeni məzmunla zənginləşdirməyə çalışırıq”backend

Türkmənistan Prezidenti: “Azərbaycanla əməkdaşlığı yeni məzmunla zənginləşdirməyə çalışırıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ölkəsinin Azərbaycan və digər region ölkələri ilə əməkdaşlığı genişləndirmək üçün lazımi tədbirləri davam etdirilməli olduğunu bildirib.

Bu barədə dövlət başçısı Türkmənistan Nazirlər Kabinetinin genişləndirilmiş iclasında çıxış edərkən danışıb.

“Belarus, Ukrayna, Moldova, Azərbaycan, Ermənistan və Gürcüstanla münasibətlərimiz sabitdir. Bu dövlətlərlə qarşılıqlı fəaliyyətə önəm verərək əməkdaşlığı yeni məzmunla zənginləşdirməyə çalışırıq. Biz bu ölkələrlə əməkdaşlığı genişləndirmək və dərinləşdirmək üçün lazımi tədbirləri davam etdirməliyik”, – Türkmənistan Prezidenti söyləyib.

Eyni zamanda, ölkəsinin Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığının inkişaf etdiyini qeyd edən S.Berdiməhəmmədov qurumun müxtəlif tədbirlərinin Türkmənistanda keçirilməsi üçün müvafiq işlərin görülməsinin zəruriliyini vurğulayıb:

“Bu Təşkilatın müxtəlif tədbirlərinin, o cümlədən yüksək səviyyəli görüşlərinin Türkmənistanda keçirilməsi üçün müvafiq işlər görülməlidir”.