Ucar Gənclər Evi: Möhtəşəm tarix yazdıq!backend

Ucar Gənclər Evi: Möhtəşəm tarix yazdıq!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ucar Gənclər Evi Müzəffər Azərbaycan Ordusunun qələbəsi münasibəti ilə bəyanat yayıb.

Ucar Gənclər Evinin direktoru Elamin Dibirovun adından yayılan bəyanatda deyilir:

Azərbaycan xalqı illərdir həsrətində olduğu doğma torpaqlarına qovuşdu. Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyev və Şanlı Azərbaycan Ordusu tarix yazdılar! Bu qələbə Cənab Prezident İlham Əliyevin sarsılmaz iradəsi, qətiyyəti və əsgər-zabitlərimizin canı-qanı bahasına əldə edildi. 8 noyabr tarixi Şuşanın azad edilməsi, 10 noyabr tarixi isə zəfər təqvimi kimi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Biz bir daha böyük xalq olduğumuzu, Ali Baş Komadanın ətrafında sıx birləşdiyimizi və mötəbər tarix yazdığımızı bütün dünyaya nümayiş etdirdik.

Qələbə müjdəsi bütün Azərbaycanda olduğu kimi, Ucarda da qeyd olundu və Ucar Gənclər Evi bu prosesdə yaxından qatıldı. Ucar gəncləri də bu döyüşlərdə fəal iştirak etdilər və onların arasında şəhid olanlar, sağlamlığını itirənlər az deyil. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Qazilərimizə cansağlığı versin! Vətən müharibəsinin şanlı qalibi – Müzəffər Ali Baş Komandan İlham Əliyevə bütün ölkə gəncliyi adından təşəkkür edirik! Çox şanslı xalqıq ki, İlham Əliyev kimi iradəli, cəsarətli və qətiyyətli liderimiz var! Cənab İlham Əliyev mötəbər tarix yazdı və gələcəyimiz üçün örnək qoydu! İşğalçı Ermənistan rəhbərliyinin bütün iddiaları alt-üst oldu, onlar ən ağır məğlubiyyətə düçar olaraq, döyüş meydanından qaçmalı oldular. Bu Azərbaycan Ordsunun möhtəşəm qələbəsidir və biz bir xalq olaraq növbəti qürur səhifəmizi yazdıq.

Azərbaycanın çox qısa müddətə tarixi torpaqlarını işğaldan azad etməsi, vətəndaşların Cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşməsi, saxta Ermənistan təbliğatını puç etməsi bəzi təxribatçı qüvvələri də hərəkətə gətirib. Onlar hər vəchlə bu uğurlara kölgə salmağa, xalqın ümumi birliyini pozmağa çalışırlar. Lakin biz bu sınaqdan üzüağ çıxdıq və təxribatçı qüvvələrin yenidən peşman olacağı, dərin məyusluğa uğrayacağı qaçılmazdır!

Allah Azərbaycanımızı qorusun! Allah Azərbaycan Ordusunu qorusun! Allah Müzəffər Ali Baş Komandanı qorusun! Qələbə sənin haqqındır Azərbaycan!

İnterpress.az