Udmurtiyada qalmaqallı QƏZA: Deputatın 18 yaşlı oğlu avtotəlimçinin ölümünə SƏBƏB OLDUbackend

Udmurtiyada qalmaqallı QƏZA: Deputatın 18 yaşlı oğlu avtotəlimçinin ölümünə SƏBƏB OLDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Udmurtiyada deputatın oğlu keçmiş avtotəlimçinin maşını ilə toqquşub.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

“Audi” markalı avtomobili idarə edən 18 yaşlı Timur Burdkov 50 yaşlı Andrey Telpukun “Lada İskra” markalı maşını ilə toqquşub.

Qəza nəticəsində keçmiş avtotəlimçi Hadisə yerindəcə həlak olub, gənc isə xəsarət almayıb.

Deputat olan ata “Lada” sürücüsünün özünün əks zolağa çıxdığını iddia edib və həlak olan şəxsi yaxşı tanışı adlandırıb.

Məlum olub ki, deputatın oğlu bundan əvvəl də insanların xəsarət aldığı yol-nəqliyyat hadisəsi törədibmiş.

Xuraman Etibarlı

İnterpress.az