UEFA Avropa Liqasının qrup mərhələsinin V turunun “Makkabi” (Hayfa, İsrail) – “Renn” (Fransa) matçının məkanını dəyişib.
İnterpress.az-ın məlumatına görə, qarşılaşma Belqrad şəhərindən Budapeştə keçirilib.
Buna Serbiya paytaxtındakı Rajko Mitic stadionunun əlçatan olmaması səbəb göstərilib.
Qeyd edək ki, “Makkabi” – “Renn” matçı noyabrın 30-da “Puşkas Arena”da, boş tribunalar önündə baş tutacaq.